Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:59 / 25 Oktyabr 2024

Öldü bilinən uşaq tabutda “dirilib”

974
Kiara Krisleyn adlı uşağın dəfni dəhşətli sonluqla bitib.

Bakupost.az xəbər verir ki, 9 aylıq uşağın dəfninə 14 saat qalmış körpə tərpənib və tabutun yanında olan ailə üzvünün barmağından tutub.

Ailə dəhşətə gələrək, uşağın dirildiyini güman edib. Ümidlə təcili yardım çağırılsa da həkimlər uşağın artıq öldüyünü deyib.

Kiaranın hansı diaqnozdan öldüyü deyilməsə də, xəstəxanada uşağın keçindiyini bildiriblər. İnsidentlə bağlı xəstəxanada araşdırmaya başlanılıb.

Uşağın atası günahkarların cəzalandırılmasını istəyir. “Bizim acımız dəhşətlidir. Bir var meyiti dəfnə hazırlaşasan, bir də var hələ ölməmiş uşağını ölməyə məhkum edəsən. Biz hələ də bilmirik, qızımız doğrudan ölmüşdü, yoxsa komada və ya yuxuda idi”.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar