Bu gün Bakıda oğlu tərəfindən qətlə yetirilən 59 saylı məktəbin direktoru Əhmədova Bikə Bədəl qızı ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub.
Bakupost.az -a verilən məlumata görə, mərhum Bikə Əhmədova Moskvadakı "Bakı bulvarı" restoranlar şəbəkəsini işlədən Niyaz Bədəlovun bacısıdır.
O da bildirilir ki, Niyaz Bədəlov tanınmış azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir.
Əslən Neftçaladan olan Niyaz Bədəlovun imkanlı və uğurlu iş adamı olduğu qeyd olunur.
Elnur
BakuPost