Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakıda Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Məlumatı DİN-in Mətbuat Xidmətidən
Bakupost.az - a təsdiqləyiblər.
Qeyd olunub ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcəkdir”.
Qeyd edək ki, “Oleq Bakinski”nin həbs olunması barədə ilk məlumatı Azinform.az saytı yayıb.