Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:08 / 22 Oktyabr 2024

Ölkədə kərə yağı istehsalı niyə azalır? - Açıqlama

702
“Məlum olduğu kimi, kərə yağının əsas mənbəyi heyvandarlıqdır. Onun istehsalının azalması bizdə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir. Torpaq sahələri zəbt olunub, örüş yoxdur. Ölkədə yem bazası qıtdır, heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən alınma isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür və məcbur qalıb heyvan saxlamaqdan imtina edir, kənd təsərrüfatının digər sahələri ilə məşğul olur. Bu da ölkədə heyvandarlıqda müəyyən tənəzzülə gətirib çıxarır. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Rauf Qarayev bildirib.

Onun dediyinə görə, ölkədə kənd təsərrüfatı sahəsində müəyyən boşluqlar var. Bəzi təhlillər doğru aparılmır, statistik məlumatlar düzgün deyil. Üstəlik, planlama da düzgün təşkil olunmur:

“Statistik məlumatlar, təhlillər olmalıdır ki, bu məhsulu əkəndə, biz nə qədər fayda götürəcəyik? Misal üçün, biz pambıq əkəndə, onun heyvanlar üçün yem kimi istifadəsinə qədər bütün məsələlərə baxmalıyıq. Yəni məhsul istehsal edəcəyiksə, orda heyvandarlığı da düşünməliyik. Çoxşaxəli məhsul əkmək lazımdır. Həm heyvandarlıqda istifadə edək, həm də digər sahələrdə strateji əhəmiyyəti olsun”.


Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar