Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:03 / 17 Noyabr 2024

Ölkəmizə qarşı ermənilərlə aksiya keçirən azərbaycanlı qadınlar kimlərdi? -Maraqlı faktlar - VİDEO

1890

Real TV Tiflisdə Azərbaycan əleyhinə aksiya keçirən şəxslərlə bağlı maraqlı material hazırlayıb.

Bakupost.az həmin araşdırmanı təqdim edir:

Azərbaycan dünyanın ən böyük iqlim tədbirinə ev sahibliyi edir. 80 prezident, vitse-prezident və baş nazirlərin də daxil olduğu 196 ölkədən 72 min iştirakçının Azərbaycana gəlməsi Qərbdə bəzi dairələri narahat edir. Onlar üçün vəziyyət ürəkaçan deyil. Çünki planları baş tutmayıb və COP29-un kütləviliyinə mane ola bilməyiblər. Baxmayaraq ki, Fransa və Avropa İttifaqı bunun üçün ciddi şəkildə iş aparsa da, Azərbaycanın nüfuzuna ləkə vura bilmədi.


Son ümidini Tiflisdə 4-5 qadının Azərbaycan əleyhinə aksiyasında görən anti-Azərbaycan dairələri isveçli fəala qoşulmuş bir neçə zatıqırıq azərbaycanlıya “Biz azərbaycanlılar Qarabağ erməniləri ilə həmrəyik” dedirtməklə son çırpınışlarını etdi. Nə qədər iyrənc olsa da, anti-Azərbaycan aksiyasına qoşulan azərbaycanlıları tanımağa çalışaq.

Sevinc Səmədzadə. O, hələ məktəbli olduğu dövrdən ABŞ-nin “Peace Corp” adlı təşkilatının diqqətinə düşən, sonradan universitet illərində ABŞ və Almaniya səfirlikləri tərəfindən əməkdaşlığa cəlb edilən və rəngli inqilabların baş sponsoru Corc Sorosun təqaüdü ilə xaricdə magistratura təhsili alması təmin edilib. Magistr təhsilini bitirdikdən sonra Gürcüstana köçərək qərbli havadarlarının birbaşa dəstəyi ilə orada “Feminist Peace Collective” adlı radikal təşkilat qurub. Əsas funksiyalarından biri Azərbaycanda separatçılığı təbliğ etmək olan bu təşkilatı Azərbaycandakı BMT ofisində çalışmış Lala Darçınova adlı digər bir azərbaycanlı ilə birgə qurub. Təşkilatın fəaliyyəti müddətində Ermənistandan və keçmiş işğal edilmiş ərazilərdən olan radikal separatçı şəxslərlə sıx əməkdaşlıq edilib. Bu iki göyərçinin yaratdığı təşkilat Almaniyanın "Rosa Luxemburg Fondu"nun saytında otaq məqalə dərc etdirib. “Sülh quşları”nın məqaləsində Azərbaycan Qarabağı işğal etməkdə və ermənilərə qarşı etnik təmizləmədə ittiham edilir.

Vəfa Nağı. Bu qadın ayrı-ayrı əzalarına azadlıq tələb etməsi ilə tanınır. O, Qərb dairələrinin Azərbaycandakı silahı kimi müxtəlif seçkilərdə provokasiyalar yaradıb, müxtəlif vaxtlarda dövlət qurumlarının öz işini həyata keçirməsinə mane olmağa çalışıb. Lakin sentyabrın 1-də növbədənkənar parlament seçkilərində neftçalalılar Vəfa Nağıya layiq olduğu yeri göstərdi. Bundan sonra havalanan “sülh göyərçini” bu dəfə Tiflisə qondu və Tiflisdə göyərçinlərin aksiyasında idi. Vəfa Nağı Azərbaycanda həbsdə olan və onun soydaşlarına qarşı cinayətlər törətmiş şəxslərin azadlığa buraxılmasını tələb edir, Qarabağ ermənilərinin guya pozulmuş hüquqlarını qoruyur.

Sevinc Sadıqova. Xarakteri sifətinə sirayət edən bu qadın reketlik, hədə-qorxu ilə pul tələb etmə cinayətlərinə cəza çəkən, indi də Azərbaycan tərəfinin soruğusu ilə Tiflisdə saxlanılan Əfqan Sadıqovun arvadıdır. Ərini məsuliyyətdən yayındırmaq istəyən Sevinc Sadıqova da Tiflisdə anti-Azərbaycan dairələrin sifarişi ilə keçirilən aksiyada iştirak edirdi.

Anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı aksiyalar təşkil etməsi gözləniləndir. Lakin öz köklərinə, şəcərələrinə xəyanət edən göyərçinlərin bu aksiyalarda iştirakını sağlam məntiqlə anlamaq çox çətindir. Onları bu zatıqırıqlığa hansı maddi gözlənti vadar edir? Yəqin ki, bu sualın cavabı da özünü çox gözlətməyəcək və hər şey bir gün mütləq ortaya çıxacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar