“Bu gün Azərbaycana yağ gətirən şirkətlərin sayı çox azdır. Yerli istehsal isə yox dərəcəsindədir. Şirkətlər kərə yağını xaricdən gətirir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibinə heyvan və bitki mənşəli ucuz yağlar qatırlar. Maya dəyərini 20-30 faiz aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır".
Bunu
Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, ölkəyə kərə yağının kiloqramı 5,3 dollara, bizim pulla 9 manat 10 qəpiyə daxil olur. Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir. Ortalama qiymət 20-21 manat civarındadır. Kərə yağı gətirən şirkətin vergisi, daşınma xərci, gəliri, satış nöqtələrinin gəlirini 50 faiz civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmaz: “Amma elə hesablanmır. Ona görə də ölkəyə 9 manata gətirilən kərə yağı marketlərdə 20 manata satılır”.
Sevinc,
BakuPost