Süni intellekt əsasında yaradılmış yeni "ölüm saatı"nın insanın hansı yaşda öləcəyini saniyəsinə qədər proqnozlaşdıra bildiyi iddia edilir.
Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" bildirib.
Belə ki, “Death Clock” adlı pulsuz internet saytı süni intellektdən istifadə edərək yaş, çəki və həyata ümumi baxışı təhlil edərək, kimi nə qədər ömrü qaldığını proqnozlaşdırır. O, həmçinin istifadəçilərdən içki, siqaret, pəhriz və idman kimi həyat tərzi vərdişləri haqqında məlumat daxil etməyi xahiş edir.
İstifadəçilər həmçinin ehtimal edilən ölüm səbəblərini və öz ömür uzunluqlarının eyni cins və bədən kütləsi indeksinə aid olan digərləri ilə necə müqayisə olunduğunu görə bilərlər.
Saat həm də istifadəçilərin hansı yaşa qədər yaşayacaqlarını dəqiq hesablayır və ölümə qədər qalan günləri, saatları, dəqiqələri və saniyələri hesablayır.
Bununla belə, "Daily Mail" xəbərdarlıq edir ki, vebsayt insanın ailə tarixini, sağlamlığını və ya psixoloji amilləri nəzərə almır ki, bu da bioloji saatın irəli və ya geri dəyişməsinə səbəb ola bilər.
“Bonus” da var: bütün lazımi məlumatları daxil etdikdən sonra internet saytı istifadəçinin təxmini ölüm tarixi ilə məzar daşı yaradır.
"Daily Mail"müəllifinin sözlərinə görə, o, 68 yaşında öləcəyini öyrənib, bu, ABŞ-da gözlənilən orta ömür müddətindən təxminən on il aşağıdır.
"Sanki bu kifayət deyilmiş kimi, məndən ölüm səbəbini müəyyən etməyi istəyib-istəmədiyimi soruşdular. Sonra isə mənə xərçəng diaqnozu qoyuldu”, - deyə müəllif öz təcrübəsini bölüşüb
Lalə, BakuPost