Ru
18:49 / 27 Dekabr 2024

Ölüm tarixini hesablamaq mümkün olacaq

Ölüm tarixini hesablamaq mümkün olacaq
Eye

Artıq istənilən şəxsin ölüm tarixini proqnozlaşdırmaq mümkün olacaq. Bu proqnozu təxminən 80% dəqiqliklə yerinə yetirən neyron şəbəkə hazırlanıb.

Bakupost.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Computational Science (NCS) jurnalında dərc edilib.

Tədqiqat ABŞ, İsveçrə və Danimarka alimlərinin iştirakı ilə həyata keçirilib. Süni intellektə life2vec adı verilib. Neyron şəbəkə insanın sağlamlığı və həyat tərzi ilə bağlı mövcud məlumatları analiz edərək təxmini ömür uzunluğunu qiymətləndirir. Qeyd edildiyi kimi, ölüm tarixinin müəyyən edilməsində nəticələrin dəqiqliyi 80%-dir.

Hazırda etik mülahizələr tədqiqatçıları layihənin gələcək inkişafını müvəqqəti dayandırmağa vadar edib.Tədqiqatçılar bildiriblər ki, layihə neyron şəbəkələrin imkanlarını nümayiş etdirmək məqsədilə yaradılıb.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar