Ru
11:38 / 20 Sentyabr 2024

Ölümcül Nepah virusu Rusiyaya keçə bilər – Əməkdar həkim

509
Hazırda ÜST –ü narahat edən və ağır viruslardan olan Nepahın Avropa və Rusiyaya keçib epidemiya yaratmaq riski varmı?

Bakupost.az xəbər verir ki, Rusiyanın əməkdar baş həkimi Andrey Osipov Hindistanda ocaqlanan Nepahın Asiyadan Rusiyaya sıçrayacağını istisna etmir.

“Bu infeksiya çox təhlükəlidir və iflic yarada bilir. Ağırlaşma zamanı orqanizmin bütün sistem və orqanları sıradan çıxır. Ölüm faizi yüksəkdir. Turistik axın Asiyadan çoxalır, deməli, virus sərhədləri keçə bilər.

Hava limanlarında Rospotrebnadzorun postları var, onlar infeksiyalı şəxsləri ayırd edə biləcək. Əgər şübhəli xəstə olarsa, dərhal xəstəxanaya aparılır.

Nepah virusu yoluxmuş heyvandan, yeməkdən, toxunmaqdan, insandan-insana keçə bilər.

Nepahin xüsusi dərmanı və ya peyvəndi yoxdur.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar