Ru
17:26 / 29 Aprel 2025

Ömürlük məhkum həyat yoldaşı axtarır - FOTO

Ömürlük məhkum həyat yoldaşı axtarır - FOTO
Eye

“Qəssab” kimi tanınan Samara manyakı Ruslan Babayevlə bağlı yeni məlumatlar üzə çıxıb.

Bakupost.az -ın 63.ru portalına istinadən məlumatına görə, 2021-ci ildə “Kazenny dom” jurnalında Babayevin anketi yayımlanıb. O, Yamal-Nenets Muxtar Dairəsində həyat yoldaşı axtardığını bildirib. R.Babayev anketində “zərərli vərdişlərinin olmadığını, təbiətən hərtərəfli insan” olduğunu qeyd edib və “çətin həyat vəziyyətinə düşdüyünü” əlavə edib. O həmçinin “harmoniya içində və pozitiv yaşadığını” bildirib. Qatil müsbət keyfiyyətləri arasında "sağlam həyat tərzinə sevgisi olduğunu" qeyd edib.

Qeyd edək ki, Samara manyakı 2007-ci ildə sevgilisi Yevgeniya Qolubevanı və ailəsini amansızlıqla qətlə yetirib. O, əvvəlcə Yevgeniyanı, daha sonra onun qızını, valideynlərini, bacısını öldürüb və ikinci qızını da öldürməyə cəhd göstərib. Səbəb mənzil və avtomobil olub.

Yaxşı düşünülmüş plan və bəraət sübutlarına baxmayaraq, cinayətkar tutulub və "Qütb bayquşu" cəza koloniyasında ömürlük həbs cəzasına məhkum edilib.


Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar