Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:32 / 30 İyul 2024

On illərlə koma vəziyyətində qalan insanlar... - Maraqlı faktlar

5206
Beyin funksiyalarının mürəkkəbliyi və insan bədəninin dözümlülüyünü ortaya qoyan koma həm də ümid və qeyri-müəyyənliklə doludur. Uzun müddət komada qaldıqdan sonra həyata qayıdan insanların təəccüblü və ilhamverici hekayələri var. Onlar həm tibb dünyasının, həm də cəmiyyətin böyük marağına səbəb olurlar.
Bakupost.az uzun müddət komada qalan insanlar haqda məlumatları təqdim edir:
Tibbə görə, koma bir insanın 6 saatdan çox davam edən huşsuzluq vəziyyətidir. Bu vəziyyətdə olan insanlar ağrılı stimul, işıq və ya səslə oyandırıla bilməz. Bu vəziyyətdə normal yuxu-oyanma dövrü yoxdur və insan öz iradəsi ilə hərəkətə başlaya bilmir.

Beyinə qan sızması nəticəsində 10 il komada qalan aktyor Kənan İşıq 76 yaşında dünyasını dəyişib. O, 2014-cü ildə idman zalının saunasında yıxıldıqdan sonra komaya düşmüşdü.

12 yaşlı Martin Pistorius yenicə qrip olduğunu düşündüyü halda, vəziyyəti getdikcə, pisləşib və yerimək, yemək və ünsiyyət qurmaq qabiliyyətini itirib. Pistorius daha sonra komaya düşün və 13 il komada qalıb.

Amerikalı Terri Ueyn Uollis 1984-cü ildə yol qəzası keçirərək komaya düşüb və 19 il sonra, 2003-cü ilin iyununda gözlərini yenidən açıb. Daimi iflic olduğu üçün qol və ayaqları işləməyən Uollis martın 29-da 57 yaşında vəfat edib.

Birləşmiş Ərəb Əmirliklərindən olan Munira Abdulla 1991-ci ildə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ciddi beyin zədələnməsi səbəbindən komaya düşüb və uzun illər onun vəziyyətində ciddi dəyişiklik olmayıb. Başından aldığı zərbədən komaya düşən Munira Abdullanın qəza zamanı 32 yaşı olub. 27 il ərzində onun vəziyyətində ciddi dəyişiklik olmayıb. Lakin 2018-ci ildə Almaniyada qaldığı xəstəxanada qəfildən komadan ayılıb.

Fransız futbolçu Jan-Pyer Adams 34 yaşında əməliyyat zamanı anestezoloqun səhvi səbəbindən dərin komaya düşüb. 39 il komada olan futbolçu 73 yaşında dünyasını dəyişib.

1970-ci ildə orqanizmi narkotik müalicəsinə mənfi reaksiya verən 16 yaşlı orta məktəb şagirdi Edvarda Obara isə 42 illik komadan sonra vəfat edib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar