Ru
12:20 / 27 May 2024

"Onları yandıran odur ki, bir dılğır jurnalist..." - Zərdüşt Əlizadə

"Onları yandıran odur ki, bir dılğır jurnalist..." - Zərdüşt Əlizadə
3603

“Ermənistanda hakimiyyət, əslində isə əppək uğrunda ölüm-dirim mübarizəsi gedir. Kim Ermənistanın başında olacaq, kim büdcəni idarə edəcək, kim varlanacaq, kim cibin dolduracaq? Hamı başa düşür ki, Qarabağ məsələsi həll olunub, Ermənistan Azərbaycana qalib gələ bilməyəcək. Onları yandıran odur ki, bir dılğır jurnalist gəlib ölkənin başında durub Ermənistanı idarə edir, amma biz Rusiyanın agenturası qıraqda qalmışıq”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanda keçirilən aksiyalar haqda danışarkən deyib.

O, bu aksiyaların qarşısının Paşinyan tərəfindən qətiyyətlə alınacağını bildirib:

“Bütün bunlar revanşistləri çox qəzəbləndirir. Ona görə də avara, başdan xarab adamları aksiyalara cəlb edirlər. Ermənistanda ölkəni idarə etmək uğrunda mübarizə gedir. Qarabağ, Vətən və digər pafoslu sözlərlə hakimiyyətə gəlib sonra da ciblərini doldurmaq istəyirlər. İndi Paşinyan dövlətə nəzarət edir və dövlət də güclü amildir. Orda oturan adamlar öz vəzifələrini qoruyurlar. Əgər dövlətin başında qətiyyətli adam durursa, o, qalib gələcək. Paşinyan öz hakimiyyətini qorumaqda kifayət qədər qətiyyətli olduğunu göstərib. O imkan verməyəcək ki, onu devirsinlər”.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar