Mingəçevirdə yeniyetmənin bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb.
Bakupost.az. DİN-in Mətbuat Xidməti Şəki Regional Qrupuna istinadən xəbər verir ki , 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Həmin şəxs 2003-cü il təvəllüdlü Nihat Həsənzadədir.
Faktla bağlı araşdırma aparılır.