Ru
09:25 / 25 Sentyabr 2024

Onunla şəkil çəkdirmək üçün 17 min ödədilər

1059
Məşhur türkiyəli aktyor Can Yamanla şəkil çəkdirmək istəyən pərəstişkarları 17 min lirə (846 manat) ödəyib.

Bakupost.az xəbər verir ki, bu yaxınlarda Madriddə ispan pərəstişkarları ilə görüşən və onlara unudulmaz anlar yaşadan Can Yaman tədbirdə görüşmək və şəkil çəkdirmək istəyən yüzlərlə insanın uzun növbələri ilə qarşılaşıb.

Qısa müsahibə verən Yaman İspaniyada ona göstərilən diqqətdən məmnun olduğunu bildirib. Yaman, İtaliyada yaşamağın ona yeni imkanlar təqdim etdiyini və burada serial və ya film layihəsində iştirak edə biləcəyini deyib.

Yeni layihələri ilə bağlı sualları cavablandıran Yaman karyerasında fərqli janrları sınamaq istədiyini vurğulayıb.

Can Yamanla görüşüb şəkil çəkdirmək istəyən pərəstişkarları tədbir üçün adambaşına təxminən 17 min lirə ödəyib. Tədbirə qatılan pərəstişkarları foto çəkdirib, qısaca söhbət etmək imkanı əldə ediblər.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar