"Bu gün ümuitəhsil məktəblərində 11 il xarici dil tədris olunur. Ancaq şagirdlərimiz orta məktəbi həmin dilləri yaxşı mənimsəmədən bitirirlər. Hətta onların çoxu bu dildə nə yaza, nə də oxuya bilir. Dili yaxşı bilənlər isə valideynləri tərəfndən əlavə olaraq repetitor yanına, kurslara göndərilən şagirdlərdir".
Bunu təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a açıqlamasında bildirib.
Onun dediyinə görə, yuxarı sinif şagirdlərinin demək olar ki, hamısı dili yaxşı oyrənmək üçün repetitora müraciət edir. Bunun da əsas səbəbi ümumtəhsil müəssisələrində keçirilən dərslərlə ali məktəbə qəbul üçün lazım olan biliyin əldə edilə bilməməsidir:
“
Buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunduğundan, onlar məcburiyyət qarşısında əlavə ingilis dili hazırlığına müraciət edirlər.
Bu gün Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında dinləmə və oxuyub anlama mətnləri salınsa da, şagirdlərin orta məktəblərdə bu biliyi əldə etməsində müəyyən problemlər var. Bu problemi aradan qaldırmaq üçün orta məktəblərdə xarici dillərin tədrisinin keyfiyyəti qaldırılmalıdır. Bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var".
Sevinc,
BakuPost
Təssüf ki, bütün fənlər bu gündədir. Repititor hazırlığı olmayan heç bir şagird Universitetə qəbul ola bilməz. Yalnız xüsusi məktəblərdən başqa. Onlarda şağirdləri aşağı siniflərdən seçimlə qəbul edirlər.