Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:59 / 15 İyul 2024

Ötən dəfə parlamentə düşə bilmədilər.. - Yenidən namizəd olacaqlar? - SORĞU

11442
Əvvəlki illərdə keçirilən parlament seçkilərində namizədliyini irəli sürənlər arasında xeyli sayda jurnalistlər də (Ləman Ələşrəfqızı, Afət Telmanqızı, Aygün Muradxanlı, Elşad Paşasoy və b.) var idi. Maraqlıdır, bu dəfə onlar yenidən namizəd olacaqlarmı?


Bakupost.az bununla bağlı həmin jurnalistlər arasında sorğu keçirib.


LAF TV-nin direktoru Ləman Ələşrəfqızı hələ namizədliyini irəli sürməklə bağlı qərar vermədiyini deyib:

“Bu haqda düşünürəm. Amma hələ qərarımı verməmişəm”.





LAF TV-nin həmtəsisçisi Afət Telmanqızı isə əməkdaşımızla söhbətində bu dəfə seçkiyə namizəd kimi qatılmayacağını bildirib.


Jurnalist Elşad Paşasoy isə saytımıza açıqlamasında 2010-cu ildə parlament seçkilərində iştirak etdiyini və müəyyən təcrübə qazandığını bildirib:

“Hesab edirəm ki, parlament seçkilərində iştirak üçün müəyyən potensial qazanan şəxslərdənəm və bu prosesə töhvə vermək imkanlarım var. Ən azı seçkilərdə iştirak hər bir vətəndaşın konstitusion hüququdur”.


E.Paşasoy seçki prosesində deputatlığa namizəd kimi iştirak etmək niyyətində olduğunu deyib:

“Amma hələ ki, konkret hansı dairəni seçəcəyim barədə qərarım yoxdur. Bunun da əsas səbəbi hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısını açıqlamasını gözləməyimlə bağlıdır. Bildiyimə görə YAP-ın İdarə Heyəti yaxın zamanlarda bununla bağlı qərarını verəcək və namizədlərini açıqlayacaq”.




Jurnalist Aygün Muradxanlı isə saytımıza açıqlamasında seçkiylə bağlı qərarını bir-iki gün içərisində müəyyən edəcəyini deyib:

“Çünki keçən dəfə seçkidə iştirak etdiyimiz 28 saylı Sabunçu 2-ci Seçki Dairəsinin ərazisi bölünüb. O zaman bizim seçki dairəmiz Maştağa, Nardaran, Zabrat və Bilgəh kəndlərini əhatə edirdi. Bilirsiniz ki, mən də uzun illər Maştağada yaşamış və təhsil almışam, orda qohumlarım, tanışlarım saysız-hesabsızdır. Öz kəndimdir, ordan seçilmək mənim üçün iki vur ikidir”.

A.Muradxanlı Nardaran seçki dairəsindən də namizəd olmaq istədiyini deyib:

“Nardaran da mənim üçün prinsipial məkandır. Nardaranı indi 29 saylı seçki dairəsinin ərazisinə salıblar. Hazırda Pirşağı, Kürdəxanı, Nardaran bir, Zabrat, Maştağa, Bilgəh isə başqa bir seçki dairəsidir. Ona görə də bir az dilema qarşısında qalmışam. Nardaran bu gün mənim üçün çox həssas məsələdir. Ora faktiki olaraq İranın illər öncə Azərbaycana təsiri nəticəsində qapalı qalan bir kəndimizdir. Mənim üçün prinsipial məqam əslində həmin cameəni parlamentdə təmsil etməkdir. Hər halda bir-iki günə seçkilərdə iştirakımla bağlı qərarımı verəcəm deyə bilərəm”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar