Özbəkistanın Əndican vilayətində məsciddə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin (FHN) Telegram kanalında məlumat verilib.
İdarənin məlumatına görə, xilasedicilər Əndican vilayətinin İzbaskan rayonunda Mirzə Uluqbəy adına dini qurumun məscidlərdən birində “qaz-hava qarışığının alovlanması” barədə məlumat alıblar.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 10 vətəndaş xəsarət alıb.
Zaur,BakuPost