Ru
17:08 / 27 Avqust 2024

Özbəklər İmişlidə yeni iş imkanı yaradır? - Açıqlama

2769
Özbəkistan şirkətinin Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Özbəkistan şirkəti “Tukımachı Sanoat Tekstıl” MMC-nin Azərbaycanda təsis etdiyi “TST Textile Group” MMC-yə İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb.

Müasir pambıqçılıq təsərrüfatı, pambıq emalı, iplik, toxuculuq, tikiş və yağ istehsalı müəssisələrinin daxil olduğu pambıqçılıq klasterinin yaradılması layihəsinin ilkin investisiya həcmi təxminən 90 milyon manatdır.

Belə bir klasterin fəaliyyətə başlaması regionun dirçəlməsinə və yeni iş yerlərinin açılmasına nə qədər fayda verə bilər?




Bakupost.az -ın sualını cavablandıran iqtisadçı Xalid Kərimli yerli istehsal şirkətinin yaradılmasının faydalı ola biləcəyini deyib.
Onun sözlərinə görə, Özbəkistan və Azərbaycanın təcrübəli olduğu istiqamət üzrə belə bir klasterin icrasından gözləntilər müsbətdir:

“Bu sahədə Özbəkistanın da böyük təcrübəsi var. Ümumiyyətlə, Özbəkistan pambıqçılıq üzrə dünyada ən böyük ixracatçı ölkədir və pambıq məhsullarının emalı sovet sənayesi dönəmindən onun əsas ana biznesi olub. Yəni Özbəkistan və Azərbaycanın təcrübəsi olduğu sahədə əməkdaşlığın, kooperasiya müəssisəsinin yaradılması və bunun Azərbaycan-Özbəkistan investisiya şirkəti tərəfindən maliyyələşdirilməsi həm yerli əhəmiyyətli məşğulluq probleminin həllinə kömək edəcək, həm də daxil bazarda məhsul bolluğuna səbəb olacaq. Bununla yanaşı, ixracat imkanları formalaşdıracaq.

İstənilən baxımdan belə bir klasterin icrası ölkəmiz üçün faydalıdır, yerləşdiyi rayonda məşğulluğa dəstək verəcək".

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar