Ru
18:18 / 28 Fevral 2025

Özcan Dəniz Bakıda — “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR

Özcan Dəniz Bakıda — “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
Eye 987

Türkiyənin məşhur müğənnisi, milyonların sevimlisi Özcan Dəniz Bakıya gəlib.

Bakupost.az xəbər verir ki, konsert səbəbilə Bakıya dəvət olunan sənətçi bir az əvvəl Heydər Əliyev adına Hava Limanında təyyarədən enib və media nümayəndələrinin suallarını cavablandırıb.

Özcan Dəniz jurnalistlərə açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: “Özümü çox yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən buraya məhz sevənlərim üçün gəlmişəm, axşam konsertdə görüşərik”.

Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçiriləcək konsertinə biletlər, cəmi, 15 gün ərzində bitib.

Qeyd edək ki, konserti təşkilatçı Eyyub Hüseynzadənin təsis etdiyi “Anadolu Events” şirkətidir.



Zaur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar