Ru
12:50 / 10 Oktyabr 2024

"Özəl pensiya fondlarına nəzarət mexanizmi olmalıdır” - İqtisadçı

798
“Bazar iqtisadiyyatı şəraitində qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması məsələsinin gündəmdə olması və müzakirə edilməsi təbiidir. Bütövlükdə pensiya fondları iqtisadiyyatda investisiyaların artırılmasına, pensiya təminatı ilə bağlı şaxələndirməyə, rəqabət mühitinin inkişafına şərait yarada bilər. Eyni zamanda məsələnin çox həssas olduğunu nəzərə alaraq dövlətin tənzimləmə və nəzarət mexanizmləri mütləq şəkildə olmalıdır”.


Bu fikirləri Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib.

O bildirib ki, istənilən halda pensiyaçıların sosial müdafiə hüquqları dövlət tərəfindən ciddi şəkildə qorunmalıdır. Son illər ərzində pensiya siyasətinə, təminatına, bütövlükdə sosial müdafiə sisteminə mütərəqqi yanaşmalar tətbiq olunur. Pensiyalar proaktiv şəkildə təyin edilir, neqativ hallar aradan qaldırılıb. Bu da təbii ki, pensiya təminatının keyfiyyətini artırır, eyni zamanda pensiyaların qabaqlayıcı şəkildə artımı üçün şərait yaradır:

“Dövlətin hazırda yaranmış vəziyyətə əsasən, tam şəkildə imkanları var ki, özəl pensiya fondlarının yaradılması istiqamətində də effektiv nəzarət və tənzimləmə mexanizmi tətbiq etsin. Özəl pensiya fondlarının iqtisadiyyata və ölkənin sosial iqtisadi gündəminə bütövlükdə müsbət təsirləri formalaşsın”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar