Ru
15:11 / 29 Noyabr 2024

Özellə bağlı araşdırma başladıldı

Özellə bağlı araşdırma başladıldı
Eye

İstanbul Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özellə bağlı araşdırma başladıb.

Bakupost.az “Sözcü”yə istinadən xəbər verir ki, Özel barəsində İstanbul baş prokuroru Akın Gürlekə qarşı təhqir xarakterli ifadələr səsləndirmək iddiası ilə araşdırma başlanılıb.

Məlumata görə, Ö.Özel saxlanıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan Esenyurtun bələdiyyə sədri Ahmet Özerə həbsxanada baş çəkib.

Ziyarətdən sonra CHP sədri mediaya açıqlama verərək, A.Gürleki tənqid edib: “Gün gələr, mən yenə burada dayanaram. Sən isə kim bilir, hansı sosial media hesabından bizə hücum edərsən. Sənə xəbərdarlıq edirəm, bir ölkənin taleyi ilə oynama”.

Onun Gürleklə bağlı səsləndirdiyi bu fikirləri barəsində araşdırma başladılmasına səbəb olub.

Onu da xatırladaq ki, Ahmet Özer cari ilin oktyabrın sonunda PKK terror təşkilatı ilə əlaqəli olmaq şübhəsi ilə həbs edilmişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar