Ötən gecə Bakıda intihar hadisəsi baş verib.
Bakupost.az -ın Qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, hadisə martın 13-ü saat 21 radələrində Məhəmmədi qəsəbəsindəki “Göy Qurşağı” yaşayış kompleksində qeydə alınıb.
1994-cü il təvəllüdlü Cahangir Tağıyev 12-ci mərtəbənin dəhlizindəki pəncərədən özünü atıb. O, hadisə yerində vəfat edib.
Qeyd edək ki, C.Tağıyev əvvəllər Cinayət Məcəlləsinin iki maddəsi üzrə məhkum edilibmiş.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.