Ru
09:57 / 09 Yanvar 2025

Özünü relsin üstünə atan oğlan vəfat etdi - Sonuncu paylaşımı - FOTO

Özünü relsin üstünə atan oğlan vəfat etdi - Sonuncu paylaşımı - FOTO
1003

Xəbər verdiyimiz kimi, Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.

Bildirilir ki, intihar edən gənc 1-ci kurs tələbəsidir.

Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar