Pakistanda yerli mühəndis məşhur "Tesla Cybertruck" elektriklə işləyən pikapın unikal nüsxəsini hazırlayıb. Orijinal avtomobilin qiymətinin 70 min dollar (təxminən 119 min manat) olmasına baxmayaraq, pakistanlı usta öz versiyasını cəmi 3 milyon Pakistan rupisinə başa gətirib ki, bu da təxminən 18,3 min manata ekvivalentdir.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə carscoops.com xəbər yayıb.
Bildirilir ki, əl işi olan pikap naməlum modelin bazasında hazırlanıb və kompakt ölçüləri ilə fərqlənir.
"Tesla Cybertruck"ın Pakistan versiyası orijinaldan daha qısa, alçaq və dardır. Avtomobilə quraşdırılan mühərrikin növü haqqında məlumat açıqlanmır.