Pakistan əsgərləri Hindistanla sərhəd boyunca postlara atəş açıb. Hindistan əsgərləri də cavab atəşi açıblar.
Bakupost.az xəbər verir ki, bu barədə Hindistanın "News18" telekanalı məlumat yayıb.
"Nəzarət Xətti boyunca bəzi yerlərdə Pakistanın təşəbbüsü ilə atıcı silahlardan atəşə tutulma hadisələri baş verib", - məlumatda deyilir.
Ölən və yaralananlar barədə məlumat verilmir