Ru
12:51 / 29 May 2024

Pakistanda avtobus dərəyə aşdı - 28 nəfər öldü

Pakistanda avtobus dərəyə aşdı - 28 nəfər öldü
2715

Pakistanın cənub-qərbində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 28 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, polis rəsmisi Əsgər Əli mətbuata açıqlamasında bildirib ki, Bəlucistan əyalətinin Turbat şəhərindən Kvetta şəhərinə gedən sərnişin avtobusu sürücünün sükanı itirməsi nəticəsində Vaşuk rayonu yaxınlığındakı vadiyə düşüb.

Polis qəza nəticəsində ən azı 28 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Yaralılardan bəzilərinin həyati təhlükəsinin olduğunu qeyd edib.

Baş nazir Şahbaz Şərif can itkisindən kədərləndiyini və yaralılara lazımi müalicənin göstəriləcəyini deyib.

Qeyd edək ki, mayın 3-də Pakistanın Gilgit Baltistan bölgəsində avtobusun dərəyə çırpılması nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.


Elnur
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar