Ru
10:50 / 09 Noyabr 2024

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı - VİDEO/YENİLƏNDİ

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı - VİDEO/YENİLƏNDİ
Eye

09.20

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış stansiyanın kassasında qatar gələrkən baş verib.

Zərərçəkənlər şəhər xəstəxanasına çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

***
Pakistanın Bəlucistan əyalətindəki Kvette şəhərindəki dəmiryolu vağzalının yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı yerli “Geo TV” telekanalı yayıb.

Bildirilib ki, vağzal binasından bir qədər aralıda yerləşən bilet satışı kassasında qeydə alınan hadisə nəticəsində 30 nəfər yaralanıb.

Hadisənin səbəblərini polis araşdırır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar