Ru
10:13 / 12 Mart 2025

Pakistanda qaçırılan qatarın 155 sərnişini azad edildi

Pakistanda qaçırılan qatarın 155 sərnişini azad edildi
Eye

Pakistan təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən qaçırılan qatardan ən azı 155 sərnişini azad edib və 30-a yaxın ekstremisti öldürüb.

Bakupost.az xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.


Bildirilir ki, təhlükəsizlik qüvvələri yaraqlıların hücumu zamanı 450 nəfər ola biləcək qalan sərnişinlərin azad edilməsi əməliyyatını davam etdirir. Hücumda iştirak edən ekstremistlərin dəqiq sayı məlum deyil. Azad edilmiş 17 girovun “təcili tibbi yardım” üçün xəstəxanaya yerləşdirildiyi də bildirilib.

Telekanalın məlumatına görə, hücum edənlər qatarı Əfqanıstan və İranla sərhədlərə yaxın ucqar bölgəyə aparıblar. Girovların azad edilməsi üçün xüsusi əməliyyat başlayandan sonra silahlılar kiçik qruplara ayrılıb. Telekanalın təhlükəsizlik güclərindəki mənbələri iddia edir ki, ekstremistlər peyk telefonlarından istifadə edir və Əfqanıstanda olan hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar.

Qeyd edək ki, ötən gün Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının yaraqlıları Pakistanda Kvettadan (Bəlucistan əyalətinin mərkəzi) Pişəvərə (Xeyber-Paxtunxva əyalətinin mərkəzi) gedən qatarda 450 sərnişini girov götürüblər. Ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar