Pakistanın Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı 16 hərbçi ölüb, beş nəfər ağır yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.
Hadisə şənbə gecəsi Pakistanın Əfqanıstanla sərhədindən 40 kilometr məsafədə yerləşən Makin rayonunda baş verib. Hücumda 30 yaraqlı iştirak edib və döyüş bir neçə saat davam edib.
Bildirilib ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.