Pakistanda yaraqlılar 450 qatar sərnişinini girov götürüb.
Bakupost.az xəbər verir ki, u barədə TASS məlumat yayıb.
“Qatarda olan 450-dən çox sərnişin yaraqlılar tərəfindən girov saxlanılır”, - Bəlucistan dəmir yolu idarəsinin yüksək vəzifəli məmuru Məhəmməd Kaşif bildirib.
Samaa telekanalının məlumatına görə, silahlılar Kvettadan Pişəvərə gedən “Cəfər Ekspress” qatarını atəşə tutub. Qatarın maşinisti və bir neçə sərnişin ağır yaralanıb.
Martın 8-də Pakistanın ədliyyə üzrə dövlət naziri Aqil Malik RİA Novosti-yə bildirib ki, terrorçular Əfqanıstanda qalan Amerika silahlarından Pakistan ərazisində cinayət törətmək üçün istifadə edirlər.
Yanvarda bildirilmişdi ki, Taliban ABŞ-a 7 milyard dollarlıq silah arsenalını qaytarmaqdan imtina edib. Bloomberg-in Kabildəki mənbəsinə görə, Taliban rejimi Əfqanıstanda qalan silahları qaytarmaq müqabilində ABŞ-dan İŞİD-ə qarşı mübarizədə üçün onlara daha müasir silahlar verilməsini tələb edir.
Zaur,BakuPost