Ru
20:42 / 19 Fevral 2025

Palata: ETSN-in tullantılarla bağlı cərimələri formal xarakter daşıyıb

Palata: ETSN-in tullantılarla bağlı cərimələri formal xarakter daşıyıb
1023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tullantılarla bağlı cərimələr tətbiq edərkən aidiyyəti qurumlarla koordinasiyanı düzgün həyata keçirməyib.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı təhlükəsiz tullantıların idarə olunması auditinin nəticələrində bildirilib.

Qeyd edilib ki, ETSN-nin 12 regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən təhlükəsiz tullantıların hərəkəti ilə bağlı pozuntulara yol verilməsi kimi sənədləşdirilməklə tətbiq edilmiş inzibati cərimələr üzrə debitor borcların məbləğinin auditlə əhatə olunan dövrdə 2,7 dəfə artıb. Tətbiq edilmiş cərimələrin 2021-ci ildə 11,9 %-i, 2022-ci ildə 8,9%-i və 2023-cü ildə 11,7%-i məhkəmə qərarları ilə ləğv olunub. Bu isə o deməkdir ki, qanunvericiliklə müəyyən edilmiş nəzarət səlahiyyətləri səmərəli və nəticəli şəkildə reallaşdırılmayıb, o cümlədən monitorinqlərin planlaşdırılması və yerinə yetirilməsi işləri aidiyyəti qurumlarla koordinasiyalı formada həyata keçirilməyib. Monitorinqlərin nəticələrinin rəsmiləşdirilməsi isə təhlükəsiz tullantıların idarə olunmasının optimallaşdırılması baxımından inzibati təsir mexanizmindən daha çox formal xarakter daşıyıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar