Ru
19:54 / 21 Noyabr 2024

Palukas Litvanın yeni Baş naziri oldu

Palukas Litvanın yeni Baş naziri oldu
Eye

Litva Prezidenti Gitanas Nauseda Seym (parlament) tərəfindən hökumət başçısı vəzifəsinə təsdiq olunmuş Gintautas Palukası yeni Baş nazir təyin edib.

Bakupost.az xəbər verir ki, bu barədə Litva Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Fərman imzalandığı andan qüvvəyə minir.

Prosedura əsasən, hökumət rəhbəri 15 gün ərzində prezident tərəfindən təsdiq ediləcək kabineti formalaşdırmalı və parlamentin baxacağı fəaliyyət proqramını hazırlamalıdır.

Qeyd edək ki, kompüter sistemləri üzrə mütəxəssis olan 45 yaşlı Palukas Litva Sosial Demokrat Partiyasının sədr müavinidir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar