Ötən gün Paris Olimpiadasında qalmaqal yaşanıb.
Bakupost.az xəbər verir ki, olimpiya rəsmiləri Qazaxıstan və Azərbaycan idmançılarının bayraq qaldıraraq sevinmələrinə mane olublar. Türk ölkələrinin bayrağını görən kimi müdaxilə ediblər.
Amerika və Yaponiya bayraqları ilə sevinən idmançılar isə heç bir problem yaşamayıb.
Həmin görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu cür ayrı-seçkilik tənqid edilib.
Qeyd edək ki, cüdoçumuz Hidayət Heydərov Paris Olimpiadasında çempion olub.
O, Azərbaycan idman tarixinə “qızıl üçlüy”ü tamamlayan 4-cü idmançı kimi düşüb
Həmin anları təqdim edirik:
Elnur
BakuPost