"Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir".
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib. Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma “palatka mollaları” tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət bunlara cavab verməlidir”.