Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:50 / 22 Oktyabr 2024

Partiyalardan Siyavuş Novruzovun ittihamına REAKSİYA

671
Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirədə bəzi partiya rəhbərlərini ittiham edib.

Deputat bildirib ki, dövlət büdcəsindən vəsait alan siyasi partiyalar ildə bir dəfə MSK-ya kənar hesabat verməlidir. "Maliyyə bazası olmayan partiya ciddi şəkildə fəaliyyət göstərə bilməz. Bir qrup partiya isə ümumiyyətlə maliyyə hesabatı vermir", deyə Siyavuş Novruzov bildirib.

REAL Partiyasının sədri Natiq Cəfərli Qaynarinfo-ya bildirib ki, təmsil etdiyi təşkilat maliyyə vəsaitlərinin hesabatlarını MSK-ya tədqim edib:

"REAL bəlkə də yeganə partiyadır ki, ayrılan maliyyənin hər qəpiyinin hesabatını geniş şəkildə verib. Mərkəzi Seçki Komissiyasının saytına daxil olanda bunlar aydın şəkildə görünür, orada detallarına qədər yazılıb. Amma başqa partiyalarla bağlı biz belə detallı məlumatlar görməmişik. Yanvar ayında yenə də həmin qaydada detallı şəkildə maliyyə hesabatını MSK-ya təqdim edəcəyik. Bundan əlavə biz həmin hesabatı mətbuatda da dərc edirik. Biz rahat və açıq şəkildə bu məsələ islə bağlı ictimaiyyətə açığıq".

Vətəndaş Həmrəyliyi Partiyasının İcra aparatının rəhbəri Samir Əsədli Siyavuş Novruzovun dediklərinin VHP-yə aid olmadığını bildirib:

"Qanunvericiliyin tələblərinə görə ildə bir dəfə MSK-ya, həmçinin Statistika Komitəsinə və rüb ərzində Vergi Xidmətinə hesabat verilir. Büdcədən VHP-yə verilən maliyyə vəsaiti isə əsasən əmək haqqı, partiyanın saxlanma xərcləri, kommunal xərclərə ödənilir".

Ədalət, Hüquq, Demokratiya Partiyasının rəsmisi Niyaməddin Orduxanlı də xatırladıb ki, partiya hər il MSK-ya illik hesabatını təqdim edir:

"İstənilən şəxs partiyamızın illik hesabatını MSK-nın rəsmi saytlatından tanış ola bilər. Maliyyə əsasən əmək haqları, ezamiyyələr, tədbirlər və s. istiqamətlər üzrə xərclənir"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar