Ermənistanın Baş naziri Nikol Paşinyan fevralda ABŞ-yə səfər edəcək.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, Paşinyan bu barədə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, səfər çərçivəsində bir neçə tədbirdə iştirak edəcək.
Paşinyan, həmçinin qeyd edib ki, səfər zamanı ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılmır.