Ru
16:43 / 31 Yanvar 2025

Paşinyan: "ATƏT-in Minsk Qrupu nəyə lazımdır?"

Paşinyan: "ATƏT-in Minsk Qrupu nəyə lazımdır?"
448

"Ermənistan tərəfi ATƏT-in Minsk qrupu çərçivəsində beynəlxalq danışıqlar formatının buraxılmasına razılıq verməyə hazırdır".

Bakupost.az TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

"ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Biz aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Lakin biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də ATƏT-in Minsk qrupunun buraxılması eyni məna daşıyır", - deyə o bildirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar