Ru
14:05 / 18 Aprel 2025

Paşinyan Azərbaycanın daha bir tələbini qəbul edib? - Açıqlama

Paşinyan Azərbaycanın daha bir tələbini qəbul edib? - Açıqlama
Eye

“Ermənistanın baş naziri Paşinyan nəhayət ki, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı Azərbaycanın tələbinə konstruktiv yanaşdı. Nə qədər ardıcıl olacağını söyləmək hələlik çətindir. Lakin üzdə olan konstruktivlik budur ki, o, sülh sazişinin imzalanması ilə eyni gündə Minsk Qrupunun buraxılması barədə bəyanata imza ata biləcəklərini deyib. Mirzoyan bir az da irəli gedərək, "hansının əvvəl, hansının sonra olmasının fərqinə varmadan 10 dəqiqə fasilə ilə imzalaya bilərik" deyib. Azərbaycanın rəsmi olaraq bu yanaşmaya necə münasibət bildirməsi dövlət başçısının işidir. Lakin hər halda Ermənistan baş nazirinin tam fərqli şeylər dediyi vaxtlar da var idi, məsələn, deyirdi ki, münaqişə hələ bitmıdiyi üçün Minsk Qrupunun buraxılmasına ehtiyac yoxdur, Azərbaycan "Qərbi Azərbaycan" məsələsi adı altında bizə qarşı ərazi iddialarında olduğu üçün aramızdakı münaqişə hələ bitmiş sayıla bilməz. Bu, qərəzli mövqe idi. Qərbi azərbaycanlıların vətənlərinə qayıdışı heç bir halda Ermənistana qarşı ərazi iddiası sayıla bilməz".

Bu fikirləri Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev bildirib.

O qeyd edib ki, sazişi imzalamaq üçün yalnıq Minsk Qrupunun buraxılmasına imza atmaq yetərli deyil:

"Konstitusiyanı dəyişmək prosesinə başlamaq da vacibdir. Yox, əgər Paşinyan "Sülh sazişi imzalandıqdan sonra konstitusiya dəyişikliyi bizim Konstitusiya Məhkəməsinin qərarından asılı olacaq" mövqeyində qalsa, nə sülh sazişi olacaq, nə də Minsk Qrupunun buraxılmasının bir mənası qalmayacaq".

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar