Ru
10:56 / 01 İyul 2024

"Paşinyan bu addımı atmasa, dayanıqlı sülh olmayacaq" - Açıqlama

1566
“Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsini bir ay ərzində imzalamağa hazır olduqlarını bildirib. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, o zaman konstitusiya dəyişikliyinə getməlidir. İndi Ermənistan bu dəyişikliyi etməsə, müqaviləni imzalamaq çətin olacaq. İmzalasa belə, bu, davamlı sülh gətirməyəcək”.




Bunu politoloq İlqar Vəlizadə Bakupost.az -a bildirib.

O deyib ki, Ermənistan konkret addımlar atmaq istəyirsə, şərtləri nəzərə almalı, məntiqə uyğun davranmalıdır:

“Ermənistan tərəfi sülhü şərtləndirən addımlar atmasa, sülh sazişinin imzalanıb-imzalanmaması arasında heç bir fərq olmayacaq. Hələ ki, Ermənistan konstitusiyanı dəyişmək yönündə bir addım da atmayıb. Belə bir durumda da dayanıqlı sülhdən danışmaq olmaz. Hazırda qarşı tərəf bunu etmək yerinə silahlanır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər