Hazırda Armavir vilayətinin qubernatoru olan David Xudatyan ərazi idarəetmə və infrastruktur naziri təyin olunacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
Xatırladaq ki, bir neçə gün əvvəl keçmiş ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan işdən çıxarılması ilə bağlı ərizə yazıb.
Ermənistan prezidenti Vaqan Xaçaturyan Qnel Sanosyanın ərazi idarəetmə və infrastruktur naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.