Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:15 / 22 İyul 2024

"Paşinyan danışıqlarda adekvat olmadığını göstərdi” - Açıqlama

2090
"Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya Londonda Prezident İlham Əliyevlə Baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi təklifini irəli sürsə də, Ermənistan tərəfi bundan imtina etdi. Paşinyanın Londonda Azərbaycan prezidenti ilə görüşdən imtinası danışıqlardan geri çəkilmək deməkdir. Görünən odur ki, Paşinyan bu il Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Hətta ilk növbədə sülh sənədinin paraflanmış variantının qəbul ediləcəyi ehtimal olunurdu. Bu sözsüz ki, irəliyə atılmış ciddi addım olacaqdı. Daha sonra isə Ermənistan konstitusiyasına dəyişiklik edərək Azərbaycanla sülh müqaviləsi imzalanacaqdı. Amma bir dəfə də olsun, Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmış variantı ilə bağlı müsbət fikir səsləndirilmədi”.




Bu fikirləri politoloq Zaur Məmmədov Bakupost.az -a söyləyib.


O qeyd edib ki, sülh müqaviləsinin imzalanmasından əvvəl paraflanmış versiyanın qəbulu, konstitusiya dəyişikliyindən sonra yekun mətnin imzalanması çıxış yollarından biri sayılırdı:


“Fikrimcə, liderlər arasında görüş paraflanmış variantın yaxın vaxtlarda qəbul edilməsini surətləndirə bilərdi. Amma Paşinyan Azərbaycan lideri ilə birbaşa görüşdən çəkinərək növbəti dəfə danışıqlarda adekvat olmadığını və etibarsız olduğunu sübut etdi”.

Sevinc,
BakuPost
Şərhlər
  • Mütləqiyyət Dəxi

    Əvəzsiz MDB demokratı Nikolay Vovayeviç əngin arxası *Qərb*i məğrurluqla fəth edib, həmin yolda ehtimal ki, Urmiyalı anti-katolik *Grekori*lərdən biri Emmanu Makronun güclü dəstəyinə, Bakının hədsiz nəvazişlərinə rast gəlsə də, daha bir doğmaları Kreml *onun çöpünü atmasa* da son kobud London səhvi-davranışı onun karyerasının sonunu göstərmirmi? Azərbaycanı da dərin köklü tarixi nəvazişli haqq-hüququ tapdalayan yaxın keçmiş cinayətkarları ilə üz-üzə gətirməkdədir?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar