Ru
13:26 / 28 Fevral 2025

Paşinyan Ermənistan konstitusiyasından Qarabağı çıxarır

Paşinyan Ermənistan konstitusiyasından Qarabağı çıxarır
Eye 810

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına dəyişiklik təklifini referendum yolu ilə irəli sürməyi planlaşdırır.

Bakupost.az erməni mətbuatına istinadən xəbər verir ki, bu dəyişiklik sənədin preambulasında Azərbaycanın ərazilərinə iddialar əks olunan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını nəzərdə tutur.

Onun yerinə Paşinyanın müəllifi olduğu "Real Ermənistan" layihəsi təqdim ediləcək. Bu barədə "Graparak" qəzeti hakim "Vətəndaş Müqaviləsi" partiyasındakı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Paşinyan bu planı geniş siyasi dəstək olmadan da qəti şəkildə həyata keçirmək niyyətindədir.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar