Ermənistan himni ölkənin şöhrəti haqqında sözlərlə bitməlidir.
Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu təkliflə ölkənin baş naziri Nikol Paşinyan İrəvanda keçirilən mətbuat konfransında çıxış edib.
Siyasətçi qeyd edib ki, sonuncu və ikinci bəndləri dəyişmək yerinə düşər ki, himn "Ermənistan həmişə şöhrətlənsin” ifadəsi ilə bitsin. Hazırkı versiyada himn faciəli hadisələrin təsviri ilə bitir.
Paşinyan hesab edir ki, dinləyicilər məğlubiyyətdən sonra deyil, şöhrət haqqında sözlərdən sonra alqışlamalıdırlar.
Lalə, Bakupost