Ru
15:45 / 27 Fevral 2025

“Paşinyan gec də olsa, doğru qərar verdi" - Millət vəkili

“Paşinyan gec də olsa, doğru qərar verdi" - Millət vəkili
Eye

“Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına müraciətində yeni konstitusiyanın qəbul edilməsinin vacibliyindən danışıb. O vurğulayıb ki, yeni konstitusiyanın qəbulu mühüm məsələdir. Paşinyan Ermənistanı “dövlətsiz xalq” statusundan çıxararaq, dövlətçilik fəlsəfəsinə sahib bir millətə çevirmək üçün konstitusiyanın dəyişdirilməsinin əsas strateji məqsəd olduğunu bildirib. Sülh sazişinin imzalanması istiqamətində atılacaq addımlarda Azərbaycan tərəfindən qoyulan ən vacib şərtlərdən biri Ermənistan Konstitusiyasının dəyisşdirilməsi idi. Gec də olsa artıq Paşinyanın özü də bunun vacib olduğunu başa düşüb”.


Bunu Bakupost.az -a millət vəkili Arzu Nağıyev deyib.

O qeyd edib ki, qarşı tərəf əvvəl məsələnin Konstitusiya Məhkəməsində həll olunmasını təklif edib:


"Sonra parlament səviyyəsində həyata keçirilməsi müzakirə olundu. Referendum yolu da gündəmə gətirildi. Sonda bildirildi ki, bu, referendumsuz da mümkündür. Paşinyan vurğuladı ki, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi zəruridir. Ermənistan əsas qanununa dəyişiklik edilməyincə, sülh müqaviləsi imzalana bilməz. Ona görə də, iki ölkə arasında sülh yolunda maneələr aradan qaldırılmalı, Ermənistan konstitusiyası dəyişdirilməlidir. Əks halda sülh sazişi imzalanmayacaq. Artıq Paşinyanın öz dilindən də ölkənin əsas qanunun dəyişdirilməsinin vacibliyi bildirilir. Bu gün haylar üçün tək Rusiyadan gələn yol deyil, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi çox önəmlidir. Bu, əsas məqamlardan biridir və Paşinyanı belə addım atmağa sövq edir. Paşinyan yalnız Avropaya inteqrasiya məsələsinə görə deyil, həm də Azərbaycanın haqlı tələbini nəzərə almaqla bu addımları atmağa çalışır. Xalqa müraciətinin təməlində də bu dayanır”.


Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar