Ru
14:31 / 01 Aprel 2025

Paşinyan müxalifətin ciddi təzyiqləri ilə üzləşəcək - Açıqlama

Paşinyan müxalifətin ciddi təzyiqləri ilə üzləşəcək - Açıqlama
Eye

“Ermənistanda müxalifətin bələdiyyə seçkilərində Gümrü şəhərində və digər regionlarda qələbə əldə etməsi Paşinyanın mövqelərinin zəifləməsinin nəticəsidir. Gümrüdə Paşinyanın partiyası minimal qələbə əldə etsə də, mer secmək üçün koalisiya lazımdır. Bələdiyyə seçkilərində müxalifətin minimal üstünlüyü siyasi toparlanmağa gətirəcək. 2026-cı ildə keçiriləcək seçkilərdə Paşinyana müxalifət ciddi şəkildə təzyiqlər edəcək. Təbii ki, Paşinyan müxalifətin qələbə əldə etməsinə imkan verməyəcək. Amma, müxalifətin güclənməsi onun üçün yeni baş ağrısına çevriləcək”.

Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, müxalifət Ermənistanda hakimiyyəti ələ keçirərsə, Azərbaycanla müharibə ehtimalı yenidən gündəmə gələ bilər. Rusiya müxalifətə ciddi dəstək verə və sülhün əldə edilməsinin qarşısını ala bilər:


“Azərbaycanda sülh müqaviləsi məsələsində tələsməməli və Ermənistanda yeni seçkiləri gözləməlidir”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar