Ermənistan yaxşı bilir ki, Azərbaycanın şərtləri təmin olunmayınca sülh imzalanmayacaq. Ermənistan özünün pozitiv imicini formalaşdırmağa çalışır, guya sülh tərəfdarıdır. Sülhün olmadığına görə məsuliyyət Ermənistanın üstünə düşməsin deyə, sülhdən daha intensiv danışır. Amma əslində, bütün davranışları ilə sülh sazişinin imzalanmasının qarşısını alır. Regionda kommunikasiyaların açılmasına imkan vermir.
Bunu politoloq Elşad Mirbəşiroğlu Bakupost.az-a deyib.
O bildirib ki, 2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri baş tutacaq: “Hesab edirəm ki, Paşinyan parlament seçkilərinə qədər sülh sazişinə imza atmaqdan çəkinəcək: “Birincisi dediyim kimi, sülhün olunması üçün Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir, Paşinyanda Azərbaycanın tələblərini yerinə yetirmək iqtidarında deyil. Onda belə bir siyasi iradəsi yoxdur, hətta Azərbaycanın tələblərini yerinə yetirəcəyi təqdirdə sülh sazişi imzalamaqdan çəkinəcəkdir. Onun Azərbaycanın şərtlərinə əməl etməməsi sülh sazişinin imzalanması prosesini əngəlləyir. Açıq-aydın görünür ki, Ermənistan hər hansı real addım atmaq niyyətində deyil”.
Sevinc,
BakuPost