Ru
11:19 / 12 Dekabr 2024

Paşinyan: Sovet dövrü sərhədlərindən imtina mümkün deyil

Paşinyan: Sovet dövrü sərhədlərindən imtina mümkün deyil
Eye


Ermənistanın SSRİ dövründəki sərhədlərdən imtina etməsi suverenlikdən və dövlətçilikdən imtina anlamına gəlir.
Bakupost.az qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Siyasətçi qeyd edib ki, Ermənistan müstəqilliyini Sovet Ermənistanının ərazisində əldə edib və beynəlxalq ictimaiyyət respublikanı müstəqil dövlət kimi tanıyıb. Onun sözlərinə görə, beynəlxalq səviyyədə tanınan əraziyə sədaqət təhlükəsizlik üçün vacibdir və Ermənistan üçün bu ərazi bufer rolunu oynayır.

Paşinyan əlavə edib ki, əgər erməni xalqı beynəlxalq səviyyədə tanınan ərazini özü tanımasa, bu, digərlərinə həmin ərazini tanımamaq imkanı yaradar.

Ermənistan müxalifəti isə bildirib ki, Paşinyan SSRİ dövrünün xəritələrinin tanınması və Ermənistan dövlətçiliyinin itirilməsi ilə bağlı fikirlərini vaxtaşırı təkrarlayır ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarını əsaslandırsın.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar