Ru
16:22 / 07 Fevral 2025

Paşinyan Venslə nəyi müzakirə edib?

Paşinyan Venslə nəyi müzakirə edib?
666


Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti J.D Venslə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tərəflər Ağ Evdə görüşərək ikitərəfli münasibətləri müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl Paşinyan ABŞ-da Ermənistanın müstəqillik və suverenlik səviyyəsini artırdığını bildirmişdi.

Fevralın 4-də o, Qafqazda sülhün ABŞ elitaları üçün prioritet olacağına ümid etdiyini bildirmişdi.
Yanvarın 14-də isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken Vaşinqtonda strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıblar. Mirzoyanın sözlərinə görə, sənəd iqtisadi və enerji sahəsində əlaqələrin möhkəmləndirilməsini, müdafiə sektorunda əməkdaşlığın dərinləşdirilməsini, həmçinin insanlar arasında əlaqələrinin genişləndirilməsini əhatə edir.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar