Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:25 / 26 Noyabr 2024

Paşinyan nazirliyin xidməti maşınlarını ixtisar edir

538
Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinin demək olar ki, bütün xidməti avtomobillərinin ixtisar edilməsi ilə bağlı qərar qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb.

Bildirilib ki, XİN rəhbəri Ararat Mirzoyan Baş nazirə avtomobillərin xarici qonaqların qəbulu və onların müşayiət edilməsi üçün lazım olduğunu deyərək vəziyyəti düzəltməyə çalışıb:

“Hökumət rəhbəri isə başqa alternativ variantlar tapmaq lazım olduğunu bildirib, məsələn, icarəyə avtomobil götürmək. Mirzoyanın Paşinyanı razı sala bilib-bilməyəcəyi hələ bəlli deyil”.

Bununla yanaşı, bu məsələnin Paşinyanla Mirzoyan arasında münasibətlərə təsir etdiyi qeyd olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar