Ru
17:55 / 01 İyul 2024

“Paşinyan yaxşı bilir ki, Ermənistan o quruma üzv olmayacaq”- Politoloq

1196
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzv olması ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini deyib. O, bununla yanaşı Ermənistan xalqının Avropa maraqlarının olduğunu da qeyd edib.





Nikol Paşinyanın fikirlərini Bakupost.az -a şərh edən politoloq Məhəmməd Əsədullazadə yaxın prespektivdə Ermənistanın Avtopa İttifaqına qəbul edilməsinin gözlənilmədiyini bildirib.


O, Ermənistana bununla bağlı heç namizəd statusunun verilmədiyini də vurğulayıb:

“Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına qəbul ediləcəkmi? Artıq onlara namizəd statusu verilib. Ermənistan tərəfində bu məsələ gündəmə daşınır. Hesab edirəm ki, Avropa tərəfindən Ermənistana şirnikləndirici vədlər verilir ki, o tamamilə Rusiyanın təsirindən çıxsın. Ermənistanın Rusiyanın orbitindən çıxması regionun təhlükəsizliyi üçün vacibdir. Amma Ermənistanın Avropa İttifaqına tezliklə qəbul ediləcəyi də mümkün görünmür”.

Politoloq Avropa İttifaqının Qafqaz ölkələrini ittifaqa qəbul etməyəcəyini deyib:

“Bu uzaq prespektivdə də mümkün görünmür. Ermənistanda bu istiqamətdə referendum keçirilməyəcək və Paşinyan da bunu deyir”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər